SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa səfirindən Azərbaycanla bağlı xoş sözlər

Zakari Qrosun bəyanatında deyilir ki, Azərbaycan öz suverenliyini qoruyub saxladı, öz təhlükəsizliyini həmçinin vətəndaşlarının təhlükəsizliyini təmin etdi, infrastrukturunu və iqtisadiyyatını inkişaf etdirdi.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan müstəqilliyinin bərpasından otuz il keçir. 18 oktyabr 1991-ci ildən bəri uzun bir yol oldu.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun bəyanatında deyilir.
Qros öz bəyanatında həmçinin yazıb:
"Azərbaycan öz suverenliyini qoruyub saxladı, öz təhlükəsizliyini, həmçinin vətəndaşlarının təhlükəsizliyini təmin etdi, infrastrukturunu və iqtisadiyyatını inkişaf etdirdi, beynəlxalq əməkdaşlıq qurdu, universitet standartlarını yüksəltdi və əhalisinin sosial ehtiyaclarını ödəmək üçün rifah dövlətinin bərpasına başladı. İkinci Qarabağ münaqişəsinin sonunda atəşkəs razılaşması əldə edildi və bu da gələcəyi hazırlamağa imkan verməlidir".
Səfir öz ölkəsinin dostluq mesajını belə ifadə edib:
"Bu gün, müstəqilliyin otuz ili münasibətilə Fransanın bir dostluq mesajını çatdırıram və Azərbaycanın azadlıq məkanlarını inkişaf etdirməsini, Avropa ilə tərəfdaşlığını gücləndirməsini, iqlim və rəqəmsal transformasiyaya uyğunlaşmasını sürətləndirməyi, Ermənistanla davamlı sülh bağlamasını və açıq, dinamik, bağlı, müxtəlif və əhatəli Cənubi Qafqazda çiçəklənməsini arzulayıram".