SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğanın müşaviri Azərbaycana qarşı təhdidlər haqqında

Ərdoğanın müşaviri Mesut Hakkı Caşının sözlərinə görə, Şuşa Bəyannaməsi ilə qardaş ölkələrə qarşı xarici təhdidlərin qarşısı tamamilə alınıb.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Bu gün Azərbaycan üçün olduqca ciddi tarixi əhəmiyyət daşıyan bir gündür. Müstəqilliyinin bərpasının 30-cu ilində Vətən müharibəsinin qalib ölkəsi kimi Azərbaycanı təbrik edirəm.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri, Yeditəpə Universitetinin Strateji Araştırmalar Mərkəzinin sədr müavini Mesut Hakkı Caşın deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə birliyi mənfəətə yox, qarşılıqlı sevgi və hörmətə əsaslanır.
Mesut Hakkı Caşın vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilində regionda və dünyada yeni bir mərhələ başladan Vətən müharibəsi iki qardaş ölkənin əməkdaşlıq sahələrini də genişləndirib:
"Osmanlı dövründə bağlanmış məlum müqavilənin 4-cü maddəsində olduğu kimi, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında imzalanmış Şuşa Bəyannaməsi də ölkələrimizə qarşı xarici təhdidlərin qarşısını tamamilə alıb".