SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Azərbaycanla bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz Twitter hesabında Azərbaycan Müstəqilliyinin Bərpasının 30-cu ildönümü münasibətilə təbrik yazıb.
Sputnik
BAKI, 18 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr Müstəqilliyin Bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ərdoğan özünün Twitter hesabında yazıb.
"Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimiz olan can Azərbaycanın 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm", - Türkiyə lideri qeyd edib.
Türkiyənin dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu da əlavə edib.