TƏHSİL

BDU-da da koronavirusa yoluxma halı baş verib - dərslər distant olacaq

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin və Azərbaycan Texniki Universitetinin (AZTU) fəaliyyəti də yoluxma səbəbi ilə distant təhsil formasında davam etdiriləcək.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Bakı Dövlət Universitetində koronavirusa yoluxma halı baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq universitetin mətbuat katibi Günel Orucəliyeva məlumat verib. O bildirib ki, yoluxma SABAH qruplarında qeydə alınıb:
"SABAH qruplarından olan 2 qrupda COVID-19 virusu aşkarlandığı üçün həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ali təhsil müəssisələrində əyani tədris sentyabrın 29-dan bərpa olunub. 18 yaşdan yuxarı tələbələrdən isə vaksin pasportu tələb edilir.
Xatırladaq ki, paytaxtdakı 20 nömrəli məktəb-liseyin və Azərbaycan Texniki Universitetinin (AZTU) fəaliyyəti də yoluxma səbəbi ilə distant təhsil formasında davam etdiriləcək.