CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Prokurorluq "Instagram"da sual-cavab sessiyası keçirəcək

Sual-cavab sessiyası 10:00-dan 13:00-dək davam edəcək. Hәr kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda sualları ilә müraciәt edә bilәr.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 21-də Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində sual-cavab sessiyası keçiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sual-cavab sessiyası 10:00-dan 13:00-dək davam edəcək. Hәr kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda sualları ilә müraciәt edә bilәr.