BAKI, 18 oktyabr — Sputnik. "Baktelecom" MMC Bakı və ətraf ərazilərdə fiberoptik internetə qoşulmaq və yaxud ADSL internetin sürətini dəyişmək istəyənlər üçün yeni onlayn xidmət istifadəyə verib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu xidmətdən istifadə etməklə yeni müştərilər fiberoptik (GPON) sifariş edə, ADSL müştəriləri endirilmiş qiymətlərə uyğun sürəti dəyişə bilərlər. Bununla yanaşı, ADSL müştəriləri "yeni xidmətə qoşul" bölməsindən GPON xidməti sifariş edə, GPON istifadəçiləri isə İnternet+Telefoniya xidmətini də əldə edə bilərlər.
Yeni elektron xidmətdən "Baktelecom"un rəsmi səhifəsinə daxil olaraq yararlanmaq olar.