BAKI, 18 oktyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani arasında görüş keçirilib.
Bu barədə Azərbaycan XİN-in Twitter hesabında məlumat yayılıb.
Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş imzalanıb.
Qeyd edək ki, Qətərin xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani bazar ertəsi, oktyabrın 18-də Azərbaycana rəsmi səfərə gəlib.
Eləcə də oxuyun: