BAKI, 18 oktyabr — Sputnik. 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 14,93 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur.
Sputnik Azərbaycan bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,95 milyard dollara yaxın olub. Hesabat dövründə Azərbaycanın ümumi ixracında qazın payı 20,17 faiz təşkil edib.
Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.