QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ANAMA: Ötən həftə 141,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Beş gündə Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 140, tank əleyhinə 27 mina və 1146 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, oktyabrın 11-dən oktyabrın 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 140, tank əleyhinə 27 mina və 1146 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 141,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.