BAKI, 17 oktyabr - Sputnik. “17 oktyabr 2020-ci ildə şan, şərəf və kədər bir-birinə qarışdı. Erməni qüvvələrinin Füzulidəki əsas qalası darmadağın edildi və şəhər azad olundu”.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.
“Erməni qüvvələri bədxah və qorxaq şəkildə intiqam əlaməti olaraq yenidən Gəncədəki günahsız mülki əhalini ballistik raketlərlə hədəfə aldı”, - Hikmət Hacıyev qeyd edib.
Bir il əvvəl, oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan azad edilib.
Həmçinin oxuyun:
Füzuli şəhərinin işğaldan azad olunduğu gün – 17 oktyabr!
İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür