Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən ilin bu həftəsi barədə paylaşılmış məlumatlarla bağlı videoçarx hazırlayıb.
Sputnik Azərbaycan Nazirliyin mətbuat xidmətinə istinadən videoçarxı təqdim edir.
Ötən il oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.
Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.
Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.
Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.
Həmçinin oxuyun:
Füzuli şəhərinin işğaldan azad olunduğu gün – 17 oktyabr!
İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür