RUSİYA

Dövlət Dumasının sədr müavini: Alimlər insanları peyvənd olunmağa inandıra bilmədilər

Pyotr Tolstoy: Bu faktdır - insanların peyvəndə etimadı yoxdur. "Nə üçün ağırlaşmalara olur?", "nə üçün peyvənd olunmuşlar yenə də xəstələnə bilər?" kimi suallara heç kim cavab vermir.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Alimlər, ekspertlər və Rusiya hakim dairələri koronavirusa qarşı mübarizəyə dair məlumatlandırma kampaniyasını lazımınca keçirə və insanları peyvənd olunmağın zəruriliyinə inandıra bilmədilər. RİA Novosti-nin xəbərinə görə, bunu öz Telegram kanalında Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy yazıb.

"Düzünü deməyin vaxtıdır: koronavirusa qarşı mübarizə məlumatlandırma kampaniyasında dövlət uduzdu. Bu faktdır: insanların peyvəndə etimadı yoxdur. "Nə üçün ağırlaşmalara olur?", "nə üçün peyvənd olunmuşlar yenə də xəstələnə bilər?" kimi suallara heç kim cavab vermir", - deyə parlamentari yazıb.

Siyasətçi hesab edir ki, ekspertlər vaksinasiya barədə məlumatı insanlara tam çartdıra bilməyiblər.