BAKI, 16 oktyabr - Sputnik. Rusiya Mərkəz Hərbi Dairəsinin hərbi qullquçuları göyərtəsində aktrisa Yuliya Peresild və rejissor Klim Şipenkonun olduğu "Soyuz MS-18" kosmik gəmisini Yerdə ağcaqayın şirəsi ilə qarşılayacaqlar. Bu barədəd RİA Novosti Mərkəz hərbi dairəsinə istinadən xəbər verir.
"Ekipajı idarə edən kosmonavt Oleq Navitski axtarış-xilasetmə qrupundan kosmik gəminin Qazaxıstanda Yerə enəcəyi əraziyə ağcaqayın şirəsi gətirməyi xahiş edib. Hərbçilərimiz artıq Altay vilayətində bir neçə litr ağcaqayın şirəsi toplayaraq operativ şəkildə An-12 təyyarəsi ilə Qazaxıstana çatdırıblar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, "Soyuz MS-18" gəmisinin Yerə enişi oktyabrın 17-ə planlaşdırılıb. Ümumilikdə bu iş üçün 200 hərbçi, 12 helikopter, 3 təyyarə , 20-yə yaxın xüsusi texnika, o cümlədən altı ədəd amfibiya tipli axtarış-təxliyə maşını cəlb olunacaq.
Onu da qeyd edək ki, hərbi xilasedicilər kosmosdan Yerə qayıdan hər bir ekipaj üçün hədiyyələr hazırlayırlar. Həmin hədiyyələr arasında ən populyarı almadır. Lakin bəzi hallarda kosmosdan qayıdanlara gilas, Orenburq yemişi və yabanı rozmarin də gətirilib.
Qeyd edək ki, tarixdə ilk dəfə "Çağırış" filminin kino heyəti "Soyuz MS-19" hava gəmisində kosmosa yola düşüb.
"Çağırış" – elmi-maarifləndirci layihədir. Ancaq filmin süjet xətti hələlik gizli saxlanılır. Yalnız o məlumdur ki, bu, bir ay ərzində uçuşa hazırlanaraq Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşməli olan qadın həkim (Peresild) haqqında dramatik filmdir. O, kosmik stansiyada heyət üzvlərindən birinin həyatını xilas etməlidir.