PAYTAXT XƏBƏRLƏRİ

Yanğın üzündən bir sıra marşrut xətlərinin hərəkət istiqaməti dəyişdirilib

Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində ticarət mərkəzində baş verən yanğınla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilən marşrut xətləri üzrə gecikmələr müşahidə olunur.
Məlumat üçün qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb. Ticarət obyektlərində baş verən yanğınla əlaqədar yaxınlıqda yaşayan insanlar təxliyə edilir. Hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının miqyası böyüyərək digər ticarət obyektlərinə də keçib. Hazırda hadisə yerinə 10-a yaxın yanğınsöndürmə maşını cəlb olunub. Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri gəliblər.