RUSİYA

Rusiya XİN başçısının müavini Dəməşqə yollanır

Səfər çərçivəsində Sergey Verşinin Suriyanın bir sıra yüksək vəzifəli dövlət xadimləri ilə görüşəcək.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin şənbə günü Suriyanın paytaxtı Dəməşqə gedəcək. Bu narədəd RİA Novosti Rusiyanın Dəməşqdəki səfirliyinə istinadən məlumat verib.

"Sergey Verşininin Dəməşqə səfəri iki gün davam edəcək. Səfər çərçivəsində diplomat Suriyanın bir sıra yüksək vəzifəli dövlət xadimləri ilə görüşəcək", - deyə səfirlikdəki məlumatlı mənbə bildirib.