AZƏRBAYCAN XƏBƏRLƏRİ

Hikmət Hacıyev: Talış kəndinə yol ərazilərin minalardan təmizlənməsi ilə paralel çəkilib

Prezidentin köməkçisi: İlham Əliyev tərəfindən başladılan postkonfilikt dövründəki presedentsiz bərpa layihəsi ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq həyata keçirilib.
Sputnik
“Talış kəndinə yeni çəkilmiş və asfaltlanmış 29 km yolla getdik”. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”-dəki paylaşımda qeyd edib.
H. Hacıyev qeyd edib ki, Talış kəndinə yol ərazilərin minalardan təmizlənməsi ilə paralel çəkilib:

“Prezident İlham Əliyev tərəfindən başladılan postkonfilikt dövründəki presedentsiz bərpa layihəsi ərazilərin minalardan təmizlənməsi ilə paralel olaraq həyata keçirilib. Layihə Azərbaycanın özünün maliyyə, inzibati və idarəetmə resursları ilə reallaşıb”.