BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin növbəti, sayca 21-ci "Açıq mikrofon" aksiyası baş tutacaq.
Sputnik Azərbaycan bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
"Səyyar qəbul otağı" oktyabrın 18-i Zərdab rayonunun Kəndəbil və Ağabağı kəndlərində təşkil olunacaq.
Aksiyanın təşkilində əsas məqsəd sakinlərə heç bir yerə getmədən, vaxt itirmədən, əziyyət çəkmədən öz problem və təkliflərini səsləndirmək imkanı yaratmaqdır. Odur ki, bu kəndlərin sakinləri "Səyyar qəbul otağı"nın imkanlarından rahatlıqla istifadə edərək qaz təchizatı ilə bağlı istənilən müraciətlərini bildirə bilərlər.
"Açıq mikrofon" aksiyası saat 11:00-dan 13:00-a qədər davam edəcək.