FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin ən parlaq şəkilləri

Geridə qoyduğumuz həftə hansı hadisələrlə yadda qaldı? Dünyanın müxtəlif yerlərində lentə alınmış ən maraqlı kadrlarla Sputnik Azərbaycan-da tanış olun.
Sputnik
1 / 17

Tailand baş nazirinin hökumətinə qarşı və Banqkok istintaq təcridxanasında siyasi məhbusların azad edilməsini dəstəkləyən nümayiş.

2 / 17

Müğənni Megan Thee Stallion Texasda "Austin City Limits Music Festival"-da çıxış edir.

3 / 17

"Taliban"ın* (Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilat) üzvü Kabildəki Beynəlxalq Qırmızı Xaç Reabilitasiya Mərkəzində yeni protezlərini sınayır.

4 / 17

Fransız yanğınsöndürənləri Bordonun Sen-Andre kilsəsindəki sənət əsərlərinin qorunması təlimləri zamanı rəsm əsərini odadavamlı ədyalla örtürlər.

5 / 17

Batuminin 26 May küçəsindəki beşmərtəbəli binanın bloklarından birinin çökdüyü yerdə axtarış işləri və dağıntıların təmizlənməsi. Qəza yerində Daxili İşlər Nazirliyinin əməkdaşlarının axtarış-xilasetmə işləri davam edir, həkimlər, polis və xüsusi texnika cəlb olunub.

6 / 17

Sehrbaz Kriss Encel Las-Veqasda "Las Vegas Raiders" və "Chicago Bears" komandaları arasındakı MFL futbol matçı öncəsi çıxış edir.

7 / 17

İngiltərə Kraliçası II Yelizaveta Londonun Vestminster abbatlığında Britaniya kral legionunun yüzilliyi münasibətilə təşkil olunmuş mərasimdə iştirak edir.

8 / 17

"Danza Azteca Guadalupana"nın üzvləri ABŞ-ın Ostin şəhərində keçirilən tədbir zamanı rəqs edirlər.

9 / 17

Londonun cənub-qərbindəki Buşi parkında maral.

10 / 17

ABŞ-ın Arlinqton şəhərində çoxmənzilli yaşayış binası.

11 / 17

Livanın paytaxtı Beyrutda atışma zamanı insanlar qaçarkən hərbçi məktəblini qucağında aparır.

12 / 17

Kim Çen In Pxenyanda "Özünümüdafiə-2021" müdafiənin inkişafı sərgisinin açılış mərasimi zamanı təyyarələrin nümunəvi uçuşunu izləyir.

13 / 17

Braziliyanın İqtisadiyyat naziri Paulu Gedesə qarşı Braziliyanın İqtisadiyyat Nazirliyində etiraz aksiyası.

14 / 17

Piyadalar Liverpulda "So-Mo" davranış elmləri şirkəti tərəfindən hazırlanmış keçidi keçirlər.

15 / 17

İnsanlar və itlər Kolumbiyanın Yeni Venesiya şəhərində, Sienaqa Qrande de Santa-Martadakı evin artırmasında dincəlirlər.

16 / 17

Sumatra oranqutanı İndoneziyanın Canto şəhərindəki zooparkda ipdə yellənir.

17 / 17

Madriddə "La Legion"un üzvləri xaltada saxladıqları keçi ilə "Dia de la Hispanidad"a həsr olunmuş hərbi paradın başlamasını gözləyirlər.

Taliban* - Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilat