DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Taliblər qadınları səhiyyə sisteminə qaytarıblar

Nazir: Bu təkcə Qərb dövlətlərinin arzusu deyil, həm də müsəlman ölkələrində tətbiq olunan təcrübə və onların gözləntiləridir.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Əfqanıstanda hakimiyyətə gəlmiş Taliban* hərəkatının nümayəndələri Ankarada keçirilən danışıqlar zamanı qadınları ölkənin səhiyyə sisteminə yaxın buraxdıqlarını bildiriblər. RİA Novosti xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlüd Çavuşoğlu deyib.

"Biz taliblərə bir neçə təklif verdik. Ölkədə sülhün bərqərar olması üçün əhalinin bütün qruplarının iştirakı ilə inklüziv hökumətin olması lazımdır. Biz qadınları ölkənin ictimai həyatına, işlərə, biznesə cəlb etməyi, qızların təhsil almasına şərait yaratmağı təklif etdik. Bu təkcə Qərb dövlətlərinin arzusu deyil, həm də müsəlman ölkələrində tətbiq olunan təcrübə və onların gözləntiləridir. Bizə bildirdilər ki, qadınlar artıq səhiyyə sisteminə qaytarılıb", - deyə Çavuşoğlu danışıqlardan sonra jurnalistlərə bildirib.

Nazir həmçinin vurğulayıb ki, Türkiyə bütün təklifləri "böyük qardaş" mövqeyindən deyil, danışıqlarda bərabər tərəfdaş qismində irəli sürüb.
Taliban* - Rusiyada fəaliyyəti qadağan olunmuş terrorçu təşkilat