HADİSƏ

Şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsi döyənlər tutuldular

Şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr istəməyə məcbur edilməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.
Sputnik
BAKI, 15 oktyabr — Sputnik. "Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr istəməyə məcbur edilməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib: "Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".