HƏRBİ

Fransız hərbçiləri Bakıya gətirən səbəb

J.Çeşnel Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə qarşılıqlı əlaqədə lazımi köməklik göstərməyə hazır olduqlarını qeyd edib.
Sputnik
BAKI, 15 oktyabr — Sputnik. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın Piyada əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) prezidenti Jerard Çeşnelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın Piyada əleyhinə minaların məhv edilməsi üzrə Milli Komissiyasının (CNEMA) prezidenti Jerard Çeşnelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Müdafiə naziri Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbədən sonra azad edilən ərazilərdə aparılan mina və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə bağlı məlumat verib.
HADİSƏ
DSX-nin hərbi qulluqçusu Zəngilanda minaya düşərək xəsarət alıb
J.Çeşnel isə öz növbəsində Vətən müharibəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra rəhbərlik etdiyi komissiya tərəfindən azad edilən ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə qarşılıqlı əlaqədə lazımi köməklik göstərməyə hazır olduqlarını qeyd edib.