FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakıda "Xəmsə"ni necə canlandırdılar

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual proyeksiya formatında “İşıq festivalı 3D mapping”in təqdimatı keçirilib.
Sputnik
Muzeyin fasadında və Qız qalasının üzərində "Xəmsə"nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılıb.
3D audiovizual proyeksiya formatında baş tutan festival 4 gün davam edəcək. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız qalasının üzərində "Xəmsə"nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaq.
1 / 12

Bakıda “İşıq festivalı. Nizami Gəncəvi” start götürüb.

2 / 12

Audiovizual layihə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

3 / 12

Festivalın təşkilatçısı Azərbaycan Mədəniyyət Nazirliyidir.

4 / 12

Festival Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D audiovizual formatında təqdim edilib.

5 / 12

Layihənin məqsədi dünya ictimaiyyətinin diqqətini Nizami Gəncəvinin yaradıcılığına yönəltməkdir.

6 / 12

Bu gün Nizami Gəncəvinin əsərləri Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılır.

7 / 12

Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olub.

8 / 12

Festival çərçivəsində Azərbaycan Ədəbiyyatı Muzeyi və Qız qalasının üzərində "Xəmsə"nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılıb.

9 / 12

"Xəmsə"yə beş poema daxildir - "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", və "İsgəndərnamə".

10 / 12

Bütün beş poema məsnəvi tərzində yazılıb.

11 / 12

Maraqlı layihə artıq şəhər sakinlərinin və qonaqların marağına səbəb olub.

12 / 12

Festival dörd gün davam edəcək.

Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə Nizami Gəncəvi ili çərçivəsində həyata keçirilir.