BAKI, 15 oktyabr — Sputnik. Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycanın 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.