HADİSƏ

Şamaxıda avtomobillər toqquşdu, bir nəfər həlak oldu

İlkin məlumatlara görə toqquşma nəticəsində avtomobillərdən birinin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Otybarın 14-ü günorta saatlarında Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın regional bürosunun məlumatına görə, Şamaxı-Pirqulu yolunda iki minik avtomobili toqquşub.
İlkin məlumatlara görə toqquşma nəticəsində avtomobillərdən birinin sürücüsü - Şamaxı sakini Usubəliyev Usubəli Bəşər oğlu hadisə yerindəcə dünyasını dəyişib.
Digər avtomobildə olan iki sərnişin - 1985-ci il təvəllüdlü Könül Əliyeva və 1993-cü il təvəllüdlü Şəhanə Maniyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.