BAKI, 14 oktyabr - Sputnik. Çərşənbə günü, oktyabrın 13-də Norveçin Konqsberq şəhərində polis insanlara ox-yayla hücum edən şəxsi saxlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu dəqiqələrdə hücum nəticəsində ölənlərin sayı beşə çatıb. Bunu yerli NRK telekanalı bildirir.
"Ən azı beş nəfər öldürülüb, bir neçə yaralı var, onlardan biri mülki geyimdə olan polisdir", - telekanalın məlumatında deyilir.
Polis hələlik hücum qurbanlarının dəqiq sayını açıqlamır. Terror versiyası istisna edilmir. Ehtimal olunur ki, şübhəli tək fəaliyyət göstərib.