HADİSƏ

Lənkəranda yük maşını piyadanı vurdu

Hadisə nəticəsində piyada hadisə yerində dünyasını dəyişib. Mərhumun cəsədi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, hadisə Lənkəran-Boradigah avtomobil yolunun Ləvəngi dairəsi ərazisinə yaxın keçən hissəsində baş verib.
Belə ki, 99-LJ-419 dövlət nömrə nişanlı, Bakı şəhər sakini Murad Məmmədovun idarə etdiyi "Ford-Transit" markalı yük avtomobili yol kənarı ilə piyada gedən Lerik rayon sakini, 1999-cu il təvəllüdlü Əsədullayev Ziyad Eldəniz oğlunu vurub.
Lənkəranda yol-nəqliyyat hadisəsi
Hadisə nəticəsində piyada hadisə yerində dünyasını dəyişib. Mərhumun cəsədi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.