FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Kalmar oyunu" serialı bütün dünyanı dəli edir

Serialın qəhramanları uşaq oyunlarının ölümcül təhlükəli versiyasında böyük mükafat məbləği uğrunda mübarizə aparırlar.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Netflix-in məhşur "Kalmar oyunu" serialı yayımlandıqdan dərhal sonra dünyanın müxtəlif yerlərində milyonlarla tamaşaçının sevgisini qazanıb.
Netflix platformasında sentyabrın 17-də "Kalmar oyunu" serialının nümayişi baş tutub. Serialın qəhramanları uşaq oyunlarının ölümcül təhlükəli versiyasında böyük mükafat məbləği uğrunda mübarizə aparırlar.
1 / 13

Ho En Çon – İnstagramda ən məhşur Cənubi Koreya aktrisasıdır. Çonun ilk rolunu oynadığı "Kalmar oyunu" serialının yayımlanmasından üç həftə sonra 16 milyon insan onun İnstagram səhifəsinə abunə olub.

2 / 13

Filmdə əsas hadisələr Cənubi Koreyanın hər yerindən yüzlərlə marginalların gətirildiyi, adı açıqlanmayan adadakı nəhəng gizli kompleksdə baş verir.

3 / 13

Serialın qəhrəmanları zorla deyil, öz istəkləri ilə uşaq oyunlarının ölümcül versiyalarında 45,6 milyard von (38 milyon dollar) məbləğində mükafat fondu uğrunda mübarizə aparırlar.

4 / 13

Filmin süjetinə görə, oyun iştirakçıları sağ qalmaq üçün, sonradan onları nə gözlədiklərini bilmədən müəyyən fiqurları seçirlər. Daha sonra qəhrəmanlara şəkər hisəcikləri verilir və onların üzərində seçdikləri fiqurun təsvirini cızmaq tapşırılır. Əgər iştirakçılar həmin şəkər parşasını qırsalar və ya fiquru tamamlaya bilməsələr, onları öldürürlər.

5 / 13

BƏƏ-nin Abu Dabi şəhərindəki Koreya Mədəniyyət Mərkəzində keçirilən "Kalmar oyunu" serialının iştirakçıları.

6 / 13

Sinqapurdakı kafelərin birində "Kalmar oyunu" serialına həsr olunmuş lövhə.

7 / 13

Son Kvan Ce və onun qızı Çje İn Cənubi Koreyanın Koyan şəhərinin parkında orijinal "Kalmar oyunu" oyununu oynayırlar.

8 / 13

Filippinin Keson Siti şəhərindəki alış-veriş mərkəzində Netflix-in "Kalmar oyunu" serialından 3 metr hündürlükdə olan kukla.

9 / 13

Dünyanın hər yerindən olan serial pərəstişkarları flaşmob keçirirlər və indi də baş qəhrəmanların serialda geyindiklərinə bənzər paltarlar almağa başlayıblar.

10 / 13

Seulda küçə ticarətçisi Netflix-in məhşur "Kalmar oyunu" serialında nümayiş etdirilən çətir formasına bənzəyən xırtıldayan şirniyyatları ştamplayır.

11 / 13

Sentyabrın 17-də keçirilən premyeradan etibarən serial 111 milyon baxışi toplayaraq, Amerikanın "Bridgertonlar" serialını geridə qoyub.

12 / 13

Serialın nümayişindən sonra serialın atributlarından olan malların satışı kəskin şəkildə artıb.

13 / 13

Bu gün şəbəkədə onlarla memlər var: 30 yaşdan sonra depressiya haqqında, filmdəki oyun iştirakçılarının üzərində fiqurların təsvirini cızdıqları şəkər parçaları və sair.

Filmdə əsas hadisələr Cənubi Koreyanın hər yerindən yüzlərlə marginalların gətirildiyi, adı açıqlanmayan adadakı nəhəng gizli kompleksdə baş verir. erialın qəhrəmanları zorla deyil, öz istəkləri ilə uşaq oyunlarının ölümcül versiyalarında 45,6 milyard von (38 milyon dollar) məbləğində mükafat fondu uğrunda mübarizə aparırlar.
Onlar nəhəng kukla mahnını oxuyub bitirənə kimi böyük bir sahəni keçərək finiş xəttinə çatmağa çalışırlar. Mahnı kəsildikdə hərəkət etməyə davam edən hər kəs amansızcasına güllələnir. Bu "siçovul yarışında"yalnız bir nəfər qalib olacaq.