BAKI, 14 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,2 dollar azalaraq 84,95 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,69 dollar artaraq 83,87 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,63 dollar bahalaşaraq 81,06 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 11-də (85,89) qeydə alınıb. Dünyada yaşanan enerji böhranı neft qiymətlərinin artmasında əsas səbəb kimi göstərilib. Həmçinin OPEC+ alyansının neft hasilatını sürətləndirməmək haqqında qərarı da qiymət artımında rol oynayıb.