BAKI, 14 oktyabr — Sputnik. Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
İclasda Belarusun xarici işlər naziri Vladimir Makey çıxış edərək bildirib ki, bu, MDB Xarici İşlər Nazirləri Şurasının il ərzində keçirilən ikinci iclasıdır.
Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası
© Sputnik / Viktor Tolochko
/ Sputnik Azərbaycan "BELTA"ya istinadla xəbər verir ki, iclasda 13 sənəd layihəsi daxil olmaqla 14 məsələ müzakirə ediləcək.
Gündəliyə daxil olan 6 sənəd üzrə yekun qərar qəbul ediləcək. Nazirlər beynəlxalq arenada baş verən hadisələri və MDB daxilində əməkdaşlığı müzakirə edəcəklər.
Azərbaycanı iclasda xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi heyət təmsil edir.