BAKI, 14 oktyabr — Sputnik. Çernobıl Atom Elektrik Stansiyasının (ÇAES) birinci rəhbəri Viktor Bryuxanov 85 yaşında vəfat edib. Onun ölüm Bu barədə Stansiyanın mətbuat xidməti öz Facebook-da səhifəsində məlumat yayıb.
"Müəssisənin kollektivi və rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə məlumatda bildirilib.
Bryuxanovun harada öldüyü və ölüm səbəbinin nə olduğu barədə məlumat verilmir. AES -in keçmiş direktorunun Kiyevdə yaşadığı məlumdur.
Bryuxanov 1935-ci il dekabrın 1-də Daşkənddə anadan olub. O, Daşkənd Politexnik İnstitutunun enerji fakultəsini bitirib, məzun olduqdan sonra Anqren şəhərindəki istilik elektrik stansiyasında çalışıb. 1966-cı ildə o, Ukrayna SSRİ-in Donetsk vilayətindəki Slavyan HES-ə işə dəvət olunub.
Dörd il sonra Bryuxanovu Çernobıl Atom Elektrik Stansiyasının (ÇAES) direktoru vəzifəsinə təyin ediblər. Əvvəlcə stansiyanın tikintisinə, sonra isə istismarına rəhbərlik edib. 1986-cı ilin aprelində, Atom Elektrik Stansiyasında baş verən fəlakətdən sonra vəzifəsindən uzaqlaşdırılıb.
1986-cı il 26 aprel gecəsində Çernobıl AES-də 4 nömrəli enerji blokunun RBMK-1000 reaktoru partlayıb. 30 kilometrlik fəlakət zonasından 115 min insan təxliyə edilib. Rusiyanın, Ukraynanın və Belarusun müəyyən bölgələri də çirklənmişdi. Qəzanın nəticələrinin aradan qaldırılmasında təxminən 600 min insan iştirak edib, onlardan 165 mini əlil olub.
Qəzanı ləğv edənlərin təxminən 60 mini yüksək dozada radiasiya alıb, on minlərlə insan isə qəzadan dərhal sonra ölüblər. Dağılmış reaktoru təcrid etmək üçün daha çox sarkofaq kimi tanınan "Sığınacaq" obyekti 1986-cı ilin noyabrında inşa edilib.
SSRİ-də fəlakətin səbəblərini araşdırmaq üçün yaradılan dövlət komissiyası, həmçinin MAQATE-nin məsləhətçi heyəti partlayışın əsas səbəbinin enerji bloku işçiləri tərəfindən AES-in istismarı qaydalarının kobud şəkildə pozulması olduğu qənaətinə gəlib.
Bryuxanov Çernobıl qəzasının nəticələrini ləğv edən şəxslərdən biri olub. 1988-ci ilin iyulunda partlayıcı sənaye və müəssisələrdə təhlükəsizlik texnikasını pozmaqda günahkar bilinərək on il həbs cəzasına məhkum edilib. Bryuxanov cəzasını Luqansk vilayətindəki koloniyada çəkib. 1991-ci ilin sentyabrında həbsdən vaxtından əvvəl azad edilib.
Son illərdə Bryuxanov Kiyevdə yaşayıb.
Aprel ayında Ukrayna Təhlükəsizlik Xidməti fəlakətlə bağlı sənədləri açıqlayıb. Onların arasında Bryuxanovun 1986-cı il 26 aprel tarixli "gizli" olaraq qeyd olunan ilk məruzəsi də var idi. Orada direktor qonşu yaşayış məntəqələrində vəziyyətin normal olduğunu və radiasiya səviyyəsinə nəzarət edildiyini qeyd edib.
2019-cu ildə NVO, ingilis aktyor Con O'Neillin Bryuxanov rolunu oynadığı Çernobıl mini serialını buraxıb.