PAYTAXT XƏBƏRLƏRİ

Bakıda 101 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib

Qala dəmir yolu stansiyası - Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərmədiyi nəzərə alınıb
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Bakının Xəzər rayonunun Türkan qəsəbəsinin sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmir yolu stansiyası - Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərmədiyi nəzərə alınaraq 101 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Dəyişikliyə əsasən, sabahdan marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.