SƏHİYYƏ

Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb

Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.
Sputnik
BAKI, 14 oktyabr — Sputnik. Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bugünə qədər 357 nəfər yeniyetmə vaksinasiyada iştirak edib. Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb.
Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.
Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyninin razılığı ilə peyvənd oluna bilərlər.