BAKI, 14 oktyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "xurma" yükü aparan "Volvo" markalı yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a DGK-dan məlumat verilib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1 424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.