BAKI, 13 oktyabr - Sputnik. WhatsApp mesencerində ehtiyat surətləri idarə etmək mümkün olacaq. Bu funksiyasını WABetaInfo portalı aşkarlayıb.
Tətbiq istifadəçilərə məhz hansı məlumatın ehtiyat surətini saxlamağa icazə verir. Yəni bu, foto, audio, video, sənədlər və s. fayllar ola bilər.
WhatsApp hər bölmə üçün arxivin həcmini də göstərə biləcək.
Ola bilər ki, WhatsApp hər istifadəçi üçün Google diskdə 2 Gb-lıq məhdudiyyət müəyyən etsin. Mesencerin bekaplarının Google buludunda saxlanılma şərtləri barədə məlumat hələ rəsmi deyil.
Funksiyanı hələ beta-testdən keçirirlər. Android və iOS-un növbəti yenilənmələrinin birində WhatsApp bu funksiyanı əlavə edəcək.