BAKI, 13 oktyabr - Sputnik. Serbiyanın paytaxtı Belqrad şəhərində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Müdafiə Sənayesi naziri Mədət Quliyev 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində milli komandamızın Serbiya ilə səfər oyununu tribunadan izləyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Serbiyanın onları müşayiət edən gənclər və idman naziri Vanya Udoviçiç öz Twitter hesabında yayıb.
Onun yazdığına görə, matçı azərbaycanlı nazirlərlə birlikdə izləyib.
Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Həmçinin oxuyun: