AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanlı nazir “Rusiya Enerji Həftəsi”ndə iştirak edir

Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Prezidentinin köməkçisi Anton Kobyakov və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə Rusiyaya səfər edib.
Bu barədə Sputnik Azərbaycan Energetika Nazirliyinə istinadən məlumat verir.
13-15 oktyabr tarixlərində Moskva şəhərində təşkil olunan "Rusiya Enerji Həftəsi" adlı Beynəlxalq Forumda iştirak edəcək nazir "Ənənəvi enerjinin gələcəyi: dünya karbohidrogenlərdən imtina etməyə hazırdırmı?" adlı sessiya üzrə müzakirələrə qatılacaq.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.