CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elnur Əşrəfoğlunun durumu ilə bağlı son xəbər

Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Yeni Klinikadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağırdır. Qanama hal-hazırda yoxdur. Bütün dəstək müalicələr davam etdirilir.
--------
10:29
Yeni Klinikadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Elnur Əşrəfoğlunun vəziyyəti ağır ktirik olaraq qalmaqdadır.
---------------
11.10.2021
19:29
Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etməyib.
Bu barədə "Report"a onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, bir müddət əvvəl tanınmış jurnalistin ölüm xəbəri yayılmışdı.
Bir qədər əvvəl "Yeni Klinika"dan Sputnik Azərbaycan-a bildirilib ki, jurnalist ECMO cihazından ayrılıb:
"Lakin onun ağciyərləri funksional deyil. Vəziyyəti hazırda kritik ağırdır".
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.