RUSİYA

Rusiya Dövlət Dumasının yeni spikeri məlumdur

Sputnik
BAKI, 12 oktyabr - Sputnik. Rusiya səkkizinci çağırış Dövlət Dumasının yeni spikeri seçilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu, Vyaçeslav Volodindir.
Dumanın ilk plenar iclasında həmçinin səkkizinci çağırış Palatasının vitse spikerləri də seçilib - bunlar Aleksandr Jukov ("Vahid Rusiya") və İvan Melnikovdur (RFKP).
Hər iki deputat altıncı və yeddinci çağırış Dumasında sədr müavinləri vəzifəsini tutub.
Xatırladaq ki, Rusiya Dövlət Dumasına seçkilər 17-19 sentyabr tarixlərində keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, yeni parlamentdə "Yedinaya Rossiya" - 324, Rusiya Federasiyası Kommunist Partiyası - 57, "Spravedlivaya Rossiya - Za pravdu" - 27, RLDP - 21, "Novıye lyudi" - 13 mandata sahib olub.