BAKI, 12 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
"Rusiya Prezidenti Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanlarının XVII iclasında iştirak etmək üçün Moskvaya gələcək MDX xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirəcək", - deyə məlumatda bildirilir.
Bildirilir ki, görüşdə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.