CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxanların yalnız 30 fazinin psixikası bərpa olunur

Psixiatrlar durmadan həyəcan təbili çalırlar, COVID-19-dan sağalanlar arasında depressiv vəziyyətdə olanların sayı həddən artıq çoxdur.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Koronavirusa yoluxub sağalmış insanların yalnız 30 faizinin psixikası bərpa olunur, belə şəxslər arasında depressiyadan əziyyət çəkənlər çoxdur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Moskva Şəhər 52 saylı Klinik Xəstəxanasının Baş həkimi Maryana Lısenko səsləndirib.

"Psixiatrlar durmadan həyəcan təbili çalırlar, depressiv vəziyyətdə olanların sayı həddən artıq çoxdur, koronavirusa yoluxub sağalanların yalnız 30 faizi xəstəlikdən əvvəlki psixi vəziyyətə qayıda bilirlər. Özü də biz bilmirik ki, bu qalıcıdır, ya yox? Bu ciddi müalicə tələb edir ki, onun özü də ayrıca problemdir", – deyə Lısenko Birinci kanalın efirində bildirib.