BAKI, 12 oktyabr — Sputnik. Ümumi xəstəliklər zamanı (o cümlədən COVID-19 infeksiyası) xəstəliyə yoluxan şəxsə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir. Ancaq bunun üçün sığorta olunan sığorta edənə xəstəlik sənədi, yəni bülleten təqdim etməlidir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev bildirib.
O bildirib ki, bəzən vətəndaşlarda təssəvvür yaranır ki, səhiyyə qurumları qanunvericiliklə üzərlərinə düşən vəzifələri düzgün yerinə yetirib, lakin Fond hansısa səbəblərdən o sənədləri ödənişə göndərmir.
“Əslində hər bir müəssisənin müavinət təyin edən komissiyası sığortaolunan müvafiq sənədləri təqdim etdikdə onun müavinət alıb-almamağı barədə hüququnun müəyyənləşdirilməsinə formal yox, diqqətlə yanaşmalıdır. Sığortaolunan ilk 14 gün ərzində davamlı xəstə olduqda müəssisə tərəfindən müavinət ödənilir. Xəstəlik 14 gündən artıq olduqda məcburi dövlət sosial sığortası hesabına ödəniş edilir".
H.Paşayev qeyd edib ki, əgər xəstəlik davamlı hesab olunmursa, o halda yenə də ilk 14 gün müəssisə tərəfindən ödəniş ediləcək. Xəstəlik davam edirsə, müvafiq tibb orqanı xəstəliyin davam etməsi ilə bağlı bülletendə vurğulamalıdır.
Eləcə də oxuyun:
* Azərbaycanda koronavirus: yoluxanların sayı bir sutkada iki dəfə artdı
* Koronavirusa yoluxanların yalnız 30 fazinin psixikası bərpa olunur
* Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib
* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları 3-cü doza peyvəndlənməyə çağırıb
* ÜST: koronavirusla mübarizədə yolun 60%-i qət olunub
* COVID-19-un yaranma nəzəriyyəsi: 2012-də...