SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşüb

Görüşdə iki ölkə arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunulub və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olunub.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 12-də xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən qəbul edilib.
Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasında yüksək xətlə inkişaf edən əməkdaşlıq məmnunluqla vurğulanıb və stateji münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkə arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunulub və bu sazişlərin ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyi qeyd olunub.
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə Serbiyaya rəsmi səfər etməklə bağlı dəvətini çatdırmağı xahiş edib.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.