BAKI, 12 oktyabr — Sputnik. Prezident İlham Əliyevin Azərbaycanın yaratdığı reallığı digər qonşu ölkələrin qəbul etməsiylə bağlı bəyanatından və “Anadolu” Agentliyinə müsahibəsindən sonra qonşu ölkələr tərəfindən reaksiyalar birmənalı olmadı.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, baş verənlər onu bir daha göstərir ki, bu prosesdə din amilindən istifadə olunur: “Reallıq ondan ibarətdir ki, həmin qruplar din pərdəsi altında qarayaxma kampaniyasını davam etdirirlər. Qələbədən sonra bizim əsas işimiz din sahəsində təhlükəsizliyi gücləndirməkdir. Din siyasəti konsepsiyası qəbul edilməlidir. Çünki qarşıda bizi daha ciddi sınaqlar gözləyir. İndidən biz bu prosesə hazır olmalıyıq”.
Eləcə də oxuyun:
* DTX Anım Günü hüquqazidd çağırışlar edən şəxslər barədə lazımi tədbir görüb
* Azərbaycandakı dini konfessiya rəhbərləri bəyanat yayıb
* Allahşükür Paşazadə: "Ərdəbil kimi qədim, zəngin tarixə malik Azərbaycan şəhəri..."