İQTİSADİYYAT

İyirmiyə yaxın dövlət müəssisəsi hərraca çıxarılacaq

Noyabrın 16-da təşkil olunacaq hərraca 18 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili çıxarılacaq Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Xidmətin rəsmi saytlından tanış olmaq olar.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 16 noyabr tarixində özəlləşdirmə hərracları təşkil edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 16-da təşkil olunacaq hərraca 18 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili çıxarılacaq.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Xidmətin rəsmi saytlından tanış olmaq olar: https://emlak.gov.az/