BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb. Bu barədə Sputnik Azərbaycan-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.
Yaşar Babayevin verdiyi məlumata görə, xanəndə hazırda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı.
Son günlər həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, vəziyyəti stabildir".
Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.