RUSİYA

Putin Azərbaycanın sədri olduğu qurumu təqdir etdi

Rusiya prezidenti bildirib ki, Qoşulmama Hərəkatı bütün dövlətlərin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə və qanuni maraqlarına hörmət prinsiplərini müdafiə edir.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Rusiyanın bu yay qazandığı Qoşulmama Hərəkatında müşahidəçi statusu bütün dünyada təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasında əməkdaşlıq üçün yeni imkanlar açır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Qoşulmama Hərəkatının 60 illiyi ilə bağlı keçirilən forumun iştirakçılarına ünvanlanmış müraciətində deyilir.
O bildirib ki, hərəkat beynəlxalq məsələlərdə çox vacib rol oynayır: "Qoşulmama Hərəkatı bütün dövlətlərin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə və qanuni maraqlarına hörmət prinsiplərini müdafiə edir. Dünyada vəziyyətin daha da təlatümlü olduğu dövrdə Qoşulmama Hərəkatının müsbət potensialına tələbat daha da artır".
Qeyd edək ki, Qoşulmama Hərəkatının yubiley forumunda 105 ölkə təmsil olunur.