BAKI, 11 oktyabr — Sputnik. Deputat Azay Quliyev Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü seçilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bu gün Milli Məclisin iclasında 2 məsələ müzakirəyə çıxarılıb.