BAKI, 9 oktyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək. Məlumata görə, görüş Patriarxın Danilov iqamətgahında təşkil ediləcək.
Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq. Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.
***
Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçirləcək.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin iştirak edəcəklər.
Görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.
Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya gedib.