MƏDƏNİYYƏT

"Fulya" sənədli filmi Ankarada tamaşaçı qarşısına çıxdı

Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur. Filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakı ərazisində aparılıb.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan və Türkiyənin müştərək istehsalı olan "Fulya" sənədli filminin oktyabr ayının 5-də İstanbulda, 9-da isə Ankara şəhərində premyerası keçirilib.
"Azərbaycanfilm" Kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, premyerada filmin qəhrəmanı Fulya Öztürk, ölkəmizin Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev, filmin prodüserləri - "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov, "Dada Yapım" şirkətinin rəhbəri Özcan Dada, filmin yaradıcı heyəti, Ankarada yaşayan diaspora nümayəndələrimiz və digər qonaqlar iştirak ediblər.
Fulya filminin Ankarada premyerası
Film, 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən Türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edir.
Fulya filminin Ankarada premyerası
Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur. Filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakı ərazisində aparılıb.
Fulya filminin Ankarada premyerası
"Fulya" filmi oktyabr ayının 8-dən etibarən Türkiyənin, oktyabrın ortasından etibarən isə Azərbaycanın kinoteatrlarında nümayiş olunacaq.