İQTİSADİYYAT

Biznesin İnkişafı Fondunun fəaliyyətinə 5 dövlət qurumu nəzarət edəcək

Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Heyət üzvlərini iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmış Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.
Sputnik Azərbaycan xəbər verir ki, Şuranın 5 üzvünü Nazirlik, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edəcəklər.
- Mərkəzi Bank;
- Maliyyə Nazirliyi;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Dövlət Turizm Agentliyi;
Müşahidə Şurasının sədrini iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.
Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Heyət üzvlərini iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.